IV terapiya müasir tibbin ən inkişaf etmiş üsullarından biri olaraq, orqanizminizin birbaşa ehtiyac duyduğu vitamin, mineral və mayeləri birbaşa qana çatdırmaqla ən yüksək səmərəliliyi təmin edir. Bu innovativ metod, mədə-bağırsaq sistemindən keçmədiyi üçün qəbul olunan maddələrin itkisiz və tam şəkildə hüceyrə səviyyəsində mənimsənilməsini təmin edir.
Orqanizm dərhal lazımi qidalarla təchiz olunduğundan, enerji səviyyəsində artım, immunitetin güclənməsi və ümumi özünüzü yaxşı hiss etmək kimi müsbət dəyişikliklər çox qısa müddətdə, hətta bir seansdan sonra belə hiss olunur.
IV terapiya proqramları hər bir xəstənin ehtiyaclarına, laboratoriya nəticələrinə və həyat tərzinə uyğun olaraq fərdi şəkildə hazırlanır. Terapiyanın əsas tərkib hissəsi olan steril mayelər orqanizmin su balansını bərpa edir, toxumalara oksigen daşınmasını yaxşılaşdırır və zərərli toksinlərin orqanizmdən sürətlə xaric olunmasına kömək edir.
Xüsusilə biznesmenlər, idmançılar, yorucu iş günü keçirənlər və tez-tez səfər edənlər üçün IV terapiya enerjini bərpa etmək, stressi azaltmaq və məhsuldarlığı artırmaq üçün əvəzedilməz bir vasitədir. Bu, təkcə müalicə deyil, həm də güclü, enerjili və gənc qalmaq üçün müasir bir yanaşmadır.
Sürətli və gözlə görünən nəticə prosesidir
Fərdiləşdirilmiş və ideal müalicə metodudur
Həb qəbulundan 80% daha effektiv müalicə metodudur



- İnfeksion xəstəliklərə qarşı proqram
- Hormonal proqramlar
- 40+ yaş insanlar üçün proqram
- Qan azlığı üzrə proqram
- İdmançılar üçün proqram
- Kardioloji proqram
- Saçların tökülməsi və problemli dəri üzrə proqram
- Anti stress proqramı
- Detox arıqlama proqramı
- Allergik xəstəliklər üzrə proqram
- Anti age proqramı
IV Terapiya minimum neçə seans olmalıdır?
Terapiyanın minimum seans sayı 5-7 gün, bir seansın müddəti isə diaqnoz və seçilmiş proqramın növündən asılı olaraq 1- 2 saat arasında dəyişir.
IV Terapiya hansı xəstəliklərin müalicəsində istifadə olunur?
Bu terapiya mədə-bağırsaq, Kardioloji, Şəkərli diabet, İnsulin dirənci, Psoriaz, Miqren, Təzyiq, Öd kisəsi profilaktikası, Köp və qəbizlik, Qaraciyər, Dəmir çatışmazlığı, Zob və qan azlığı və s. xəstəliklər üçün effektivdir.
Uşaqlar IV terapiya prosedurundan istifadə edə bilərmi?
5 yaşdan yuxarı olan uşaqlara IV terapiya seansları həyata mümkündür. Uşaqıar üçün bir seansın müddəti ortalama 40 dəqiqə çəkir.
IV Terapiya xidmətini ev və ya ofislərə sifariş etmək mümkündür?
Bəli, Citomed Xroniki Xəstəliklərin Müalicəsi Mərkəzi olaraq evlərdə və ofislərdə xidmət üçün sifarişlər qəbul edirik.

Citotest bədəninizin qida maddələrinə qarşı olan həssaslığını müəyyən edən bir analiz üsuludur.
Bədəninizə uyğun olmayan qidaları aşkarlayıb, fərdi qidalanma planı qururuq.
Bəzən sağlamlıq üçün, sadəcə nəyin sizə uyğun olmadığını bilməkdən kifayət edir.

Barokamera terapiyası sizi saf oksigenlə təmin edir.
Bu proses hüceyrələrin yenilənməsini sürətləndirir, toxumaların bərpasını gücləndirir.
Xroniki yorğunluqdan tutmuş migrenə qədər bir çox problemdə dəstəkləyici təsir göstərir.
Bir sözlə rahat nəfəs almağın vaxtıdır!
Yeni
Yeni

Ozonoterapiya bədəni təmizləyən, oksigenlə zənginləşdirən və hüceyrə səviyyəsində yeniləyən təbii bir müalicə üsuludur.
Bu terapiya immun sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır və orqanizmi toksinlərdən azad edir.
Xroniki xəstəliklərdə dəstək, ümumi sağlamlıq üçün isə profilaktik rol oynayır.