Bakı şəhərində Miqren Mütəxəssislərinin 1-ci illik Beynəlxalq konfransı keçirilib.20 dekabr 2025 ci il tarixində Bakı şəhərində Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1 ci illik Beynəlxalq konfransı keçirilib. “Baş Ağrısı Təbabətində Qlobal prespektivlər “ mövzusuna həsr olunan tədbir SEM Academy təşkilati dəstəyilə uğurla baş tutub .
Onuda qeyd edək ki təşkilat komitəsinin sədri Dr.Sərxan Əmirquliyev Citomed klinikasında yerləşən Miqren və baş ağrıları Mərkəzinin Rəhbəridir
Konfransın açılışında AMMİB-in həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev çıxış edərək tədbirin əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və regional əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib. O, həmçinin konfransın Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, dəyərli alim Prof. Dr. Məsud Aşinanın 60 illik yubileyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Rəsmi hissədə Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev, Azərbaycan Tibb Universitetinin rektoru Garay Garaybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərini Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov çıxış ediblər.
Tədbir miqren və baş ağrılarının diaqnostika və müalicəsi sahəsində elmi yanaşmaların inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbir çərçivəsində Danimarka, Almaniya, Belçika, İtaliya, Portuqaliya, ABŞ və Türkiyədən dəvət olunmuş beynəlxalq və yerli mütəxəssislər tərəfindən ən son elmi tədqiqatlar, klinik müzakirələr və müasir müalicə strategiyaları təqdim edilib.
Konfrans zamanı AMMİB-in sədri Prof. Dr. Sədaqət Hüseynova, konfransın sədri Prof. Dr. Məsud Aşina, İdarə Heyətinin üzvü Prof. Dr. Ayten Məmmədbəyli, Prof. Dr. Rövhən Həsənov və dos. Dr. Rahim Əliyev master-klass və sessiyalarda məruzəçi qismində fəal iştirak ediblər.
Günün sonunda beynəlxalq ekspertlərin və yerli nevroloqların iştirakı ilə interaktiv panel keçirilib, konfrans yekun nitqlə bağlanıb.
Təşkilat Komitəsi adından konfransa dəstək göstərən ATU, ADHTİ və TƏBİB-ə, eləcə də iştirak edən bütün həkim-mütəxəssislərə təşəkkür edirik
23.12.2025Ətraflı Oxu