
Bədəninizi, ruhunuzu eşitmək üçün sağaldırıq. Bu bölmə hər dəfə təcili yardım maşının səsi gələndə öz sağlamlığı yadına düşən insanlar üçün nəzərdə tutulmuşdur.
Klinika haqqında nələri yazmalı olduğumuzla bağlı çox düşündük. Bilmədik xroniki xəstəlikləri müalicə etdiyimizi qabardaq, yoxsa başqalarının yolu ilə gedib özümüzü tərifləyək.
Özünü deyil, əşyaları sevənlər içərisində sağlamlıq haqqında danışmaq çox çətindir.
“Sağlam bədəndə sağlam ruh olar” fikrini sorğulamadan inanan insanlıq üçün bütün texnologiya və həkimləri iynə gözündən keçirərək bir çətir altına yığmaq belə bizə hərdən qəribə gəlir. Klinika və həkimlərə olan inamın hər gün daha da azaldığı bir dövrdə Citomed adı ilə irəliləmək asan olmasa da, bunu ölkəmizin sağlam gələcəyi üçün etməli olduğumuzun fərqindəyik.
Siz də fərqində olun.
Fərqində olun ki, orqanizminiz hər gün Sizinlə danışır və bunun üçün fərqli siqnallar verir. Fərqində olun ki, ildə bir dəfə həkim yoxlanışına getmək lüks deyil, orqanizminizə olan minnətdarlıq, yarana biləcək xoşagəlməz halların qarşısını vaxtında almaqdır.
Yarandığımız gündən, "Xroniki xəstəliklərin Müalicəsi" mərkəzi olaraq, insan sağlamlığını bütövlükdə dərk edir, hər xəstəliyin təkcə simptomlarını deyil, onun kök səbəblərinin axtarışına çıxırıq.
Fəlsəfəmiz sadədir: Biz bədənin özünü sağaltmaq gücünə inanır və müalicə prosesində təbiətlə elmi birləşdiririk. Xroniki xəstəliklər uzunmüddətli diqqət və fərdi yanaşma tələb edir. Bizim üçün hər müraciət edən insan unikaldır — onun tarixçəsi, həyat tərzi və emosional durumu müalicə protokolunun ayrılmaz hissəsidir.
Özünüzə təkcə güzgü qarşısında deyil, ruhunuz qarşısında da yaxşı baxın. Sizlərin klinikamıza kədər deyil, təbəssüm gətirib sağlamlıq aparmağınızı diləyirik.
Bir klinikanın məqsədlərinə çatması təkcə onun özündən deyil, insanların da öz sağlamlıqlarına olan münasibətindən asılıdır. Biz öz üzərimizə düşənləri dürüstlüklə edəcəyik. Gerisi isə Sizə bağlıdır.
- Sağlamlıq mədəniyyətinin inkişafı
Məqsədimiz sağlamlığı mədəniyyətə, həyat tərzinə çevirməkdir. İstəyimiz ən prioritet işinizin sağlamlıq olmasını diqqətinizə çatdırmaqdır. Sizə kömək etməyə hazırıq. Yetər ki, vaxtında gəlib, doğru məlumat verib, deyilənlərə əməl edəsiniz. Sağlamlıq mədəniyyətini bizə yaratmaq, Sizə isə qorumaq qalsın.
- İnnovasiya və təcrübə birləşməsi
Biz innovasiyanın arxasınca düşmüşük ki, onu təcrübə ilə birləşdirib daha effektiv xidmət göstərə bilək. Davamlı olaraq yeni tibbi tədqiqatları izləmək, müalicə protokollarımızı dinamik şəkildə təkmilləşdirmək, həkimləri yeni təcrübələr üçün xaricə göndərməyin arxasında bir məqsəd dayanır. İnsan sağlamlığı.
- Maariflənmə işin yarısıdır
İnformasiya çirkliliyi erasında doğru məlumatı tapmaq hər gün daha da çətinləşir. Hər kəsin “ağıllı” məsləhətlər verdiyi bir dövrdə həqiqət axtarışına çıxanlar üçün işıq olmağa çalışırıq. Bunun üçün həkimlərimizin təcrübələrini sosial media hesablarımızda paylaşır, tibb sahəsində olan yeniliklərdən Sizi agah edirik.
Bir klinikanın məqsədlərinə çatması təkcə onun özündən deyil, insanların da öz sağlamlıqlarına olan münasibətindən asılıdır. Biz öz üzərimizə düşənləri dürüstlüklə edəcəyik. Gerisi isə Sizə bağlıdır
- Şəffaflıq və etik davranış
Sağlamlıq yalnız fərdi deyil, ictimai məsuliyyətdir. Bunu anlayaraq hər addımda Sizə aydın məlumat verir, mümkün riskləri və alteativləri açıq şəkildə müzakirə edirik. Heç bir gizli xərc və ya lazımsız prosedur yoxdur — yalnız dürüst və etik tibbi xidmət göstərəcəyimizdən əminik.
- Komanda ruhu və hörmət
Hörmət olmayan korporativ strukturlarda komanda ruhunu formalaşdırmaq, sözü bir yerə qoyub işləmək, xidmət göstərmək olduqca çətindir. Yerli bazarda insanlar arasında damla-damla qazandığımız hörməti və icimi hər bir həkim, tibb bacısı və ya idarə heyəti üzvü hippokrat andı kimi anlayır və bu fəlsəfəsini daşıyır.