Rəhbərin müraciəti
Rəhbərin müraciətiRəhbərin müraciəti
Hər kəsin həyatda bir anı olur. Əvvəlcə kiçik narahatlıq. Sonra “öz-özünə keçər”, “1 həftə də keçməsə, həkimə gedərəm” deyirik. Amma keçmir. İçimizdəki səs bizə nəsə demək istəyir. Onu eşitmirik. Onu eşitməzlikdən gəlirik. O səsi eşitmək, ciddiyə almaq bəzən ata biləcəyiniz ən böyük addım olur.

Hər birimiz həyatın bir yerində sağlamlığımızı ikinci plana atmışıq. Amma zaman keçdikcə anlayırsan ki, sağlamlıq gözləmir. Özünü unutmaq, başqasına yaxşılıq etmək deyil. Bu, sadəcə özünə və sizi sevənlərə pislik etməkdir. Biz Citomed-də heç kimə bəzəkli cümlələr qurmuruq. Sadəcə sizi başa düşürük. Və sizə vaxtında qayğı göstərməyə çalışırıq. Çünki sağlamlıq təkcə bədən məsələsi deyil. O, həyata necə davam etdiyin, sevdiklərinə necə sarıldığın, hər səhəri necə açdığındır. Əgər bu yazıda özünüzü gördünüzsə…Bilin ki, sizi anlayan bir yer var. Və biz həmişə buradayıq.

 

Əvvəl məclislərdə tost deyəndə can sağlığını birinci, digər arzuları isə sonda deyərdilər. İndi isə fikir verirəm ki, can sağlığını sona salmışıq.

 

Bəzən özünü unutmaq, elə bil bir vərdişə çevrilir. Elə bil hər şeyə çatmaq üçün ilk növbədə özünü geri çəkməlisən. Amma unutma ki, sən yaxşı deyilsənsə, heç nə tam deyil. Səni sevənlər sənin varlığınla güvəndədir. Sağlamlığını qorumaq təkcə özün üçün yox, onlar üçün də vacibdir. Bədən səssiz danışır, amma biz o səssizliyi eşidə bilirik. Çünki biz Citomed-də illərdir sizin üçün çalışırıq.



Orqanizminiz Sizdən qisas almadan, Siz ondan mükafatlar alın. Özünüzə yaxşı baxın! 

Hörmətlə,
Elnurə Quliyeva.
Citomed klinikasının rəhbəri