Ambulator Cərrahiyə

Böyük əməliyyat olmadan da həll edilə bilən problemlər üçün Citomed-də ambulator cərrahiyə imkanları mövcuddur. Bu, həm rahatlıq, həm də daha qısa bərpa dövrü deməkdir. Prosedurlar steril şəraitdə, peşəkar həkim heyəti tərəfindən həyata keçirilir. Hər xəstəyə fərdi yanaşılır, onun narahatlığı dinlənilir və əməliyyata qədər olan psixoloji hazırlıq da unudulmur. Biz sizə sadəcə tibbi müdaxilə deyil, nəzakət, diqqət və lazımi diqqət təqdim edirik.

  • Genikalogiya

    Citomed-də sizi anlayırıq.
    Bəzən danışmağa utanırıq. Bəzən axtarışlar edib, videolara baxıb, məqalələr oxuyub özümüz anlamağa çalışırıq nə baş verdiyini.Bəzən də elə bilirik ki, keçəcək…
    Sadəcə “hamıda olur” deməklə keçməyən şeylər var.
    Bizim üçün qadın sağlamlığı həm bədən, həm də ruhun balansıdır.
    Hər müayinədə sizi narahat edən deyil, başa düşülən hiss etməyiniz üçün çalışırıq.
    Çünki biz bilirik: qadın sağlamlığı sadəcə bir sahə deyil, bir ömürlük qayğı mövzusudur.Siz dinlənməyə və diqqətə layiqsiniz. Biz buradayıq.

  • Kardiologiya

    Citomed-də ürəyinizin səsini eşidirik.

    Hər ritm ahəngdədir və bizə nəsə deməyə çalışır.
    Müasir texnologiyalar, təcrübəli həkimlər və diqqətli yanaşma bunların hamısı o səsi eşidib, anlamaq üçündür.

    Çünki bilirik ki, sağlam bir ürək yalnız tibbi göstərici deyil, həm də rahat nəfəs, xoş sabah və sevdiklərinizlə uzun ömür deməkdir.

    Ürəyiniz istəyən vaxt, bizimlə əlaqə saxlayın.

  • Urologiya

    Bəzi narahatlıqlar var ki, danışmaq çətindir.
    Adam istəmir ki, bu mövzu açılsın, kimdənsə soruşsun, izah istəsin.
    Problemlərdən qaçaraq xilas olmaq mümkün olsa idi hər şey o qədər gözəl olardı ki… Ancaq reallıq budur ki, belə şey mümkün deyil.

    Citomed-də sizi sorğu-suala tutmuruq. Sadəcə anlayırıq.
    Həkimlərimiz dinləyir, izah edir, utanmadan sual verə biləcəyiniz bir münasibət qurur. Çünki həqiqətən burada utanmalı bir vəziyyət yoxdur.
    Uroloji sağlamlıq həm fiziki rahatlıq, həm də gündəlik həyat keyfiyyəti deməkdir.
    Xoşbəxtliyinizi ertələməyin. Bədəniniz danışırsa, biz onu dinləməyə hazırıq.

  • Pediatriya

    Uşaqlar ağrını sözlə yox, baxışla deyir.
    Valideyn olmaq narahatlığı içində hiss etmək deməkdir.
    Amma narahatlıq təkcə hisslə yox, maariflənmə ilə keçir.

    Citomed-də uşaqlar həkimdən qorxmur.
    Burada onlara sual verirlər, oyuncaqları da var, anlayan insanlar da.
    Həkimlərimiz həm sizin, həm də övladınızın dilini bilir.
    Çünki biz bilirik ki, uşaq sağlamlığı təkcə bir tibbi fəaliyyət deyil, böyük bir ictimai hadisədir. Gələcəyimizi əmin əllərə əmanət edin ki, gələcəyimiz əmin əllərdə olsun.

  • Qastroentroloji

    Mədə ağrısı sadəcə mədə ağrısı deyil.
    “Çox yedim, ondan olar” deyib, mümkün bütün siqnalları eşitməzlikdən gəlmək?
    Bədənimiz bizə kiçik bir problem zamanı belə o qədər böyük siqnallar verir ki…
    Biz isə bəhanələrə və fərziyyələrə sığınırıq. 
    Citomed-də biz sizi bu siqnallarla tək qoymuruq.
    Yeməkdən sonra yaranan ağırlıq, hər səhər narahat oyanmaq, bilmədiyin səbəbdən iştahasızlıq... bunların heç biri “boş şey” deyil.
    Həqiqəti həzm etməyin vaxtıdır! Bədəniniz sizə bir şey demək istəyirsə, gəlin, onu sizinlə birlikdə dinləyək.

  • Nevrologiya

    Yorğunluq yatıb-durmaqla keçmir. Çünki biz yatanda belə bədənimiz oyaq qalır. 

    Citomed-ə gələnlərə ilk sualımız “haranız ağrıyır, nə şikayətiniz var?” olmur.
    Əvvəlcə diqqətlə dinləyirik. Çünki bəzən narahatlıq pasiyentin düşündüyündən də fərqli ola bilir. Biz burada ilk simptomlarla hərəkətə keçmirik. Sizi tam başa düşməyə çalışırıq.

    Nevroloji problemlər qorxulu olmamalıdır.
    Əksinə, onları vaxtında ciddiyə almaq artıq qələbədən xəbər verir.
    Hər insanın beyninin bir dili var. Bəzən susur, bəzən səssizcə kömək istəyir. Bədəniniz sizdən kömək istəyən kimi dərhal hərəkətə keçin!

    Citomed-də siz bu səssizliyi tək eşitməyəcəksiniz.
    Biz buradayıq. Yanınızdayıq.

  • Yara baxımı

    Citomed-də hər yara ciddi qəbul olunur ölçüsündən, səbəbindən asılı olmayaraq.
    Burada hər şey steril, nəzarətli və göz qabağındadır.
    Ən vacib məsələ isə siz burada özünüzü heç vaxt tək hiss etmirsiniz.
    Yaranız varsa, biz ona necə baxmaq lazım olduğunu bilirik.
    Gəlin baxaq, bir yerdə sağaldaq.

Check-up etdirmək, nəticəsi nə olursa olsun, atılacaq ən doğru addımdır.

Əgər nəticə arzuldığımız kimi çıxmasa, o deməkdir ki, müalicəyə vaxtında başlayacağıq. Bu, əla xəbərdir! rnYox əgər nəticələrdə hər şey qaydasındadırsa, deməli hər şey qaydasındadır. Bu da əla xəbərdir!

Checkuplara bax

Check-up etdirmək, nəticəsi nə olursa olsun, atılacaq ən doğru addımdır.