



Hamısı
- Nevrologiya
Yorğunluq yatıb-durmaqla keçmir. Çünki biz yatanda belə bədənimiz oyaq qalır.
Citomed-ə gələnlərə ilk sualımız “haranız ağrıyır, nə şikayətiniz var?” olmur.
Əvvəlcə diqqətlə dinləyirik. Çünki bəzən narahatlıq pasiyentin düşündüyündən də fərqli ola bilir. Biz burada ilk simptomlarla hərəkətə keçmirik. Sizi tam başa düşməyə çalışırıq.Nevroloji problemlər qorxulu olmamalıdır.
Əksinə, onları vaxtında ciddiyə almaq artıq qələbədən xəbər verir.
Hər insanın beyninin bir dili var. Bəzən susur, bəzən səssizcə kömək istəyir. Bədəniniz sizdən kömək istəyən kimi dərhal hərəkətə keçin!Citomed-də siz bu səssizliyi tək eşitməyəcəksiniz.
Biz buradayıq. Yanınızdayıq. - Urologiya
Bəzi narahatlıqlar var ki, danışmaq çətindir.
Adam istəmir ki, bu mövzu açılsın, kimdənsə soruşsun, izah istəsin.
Problemlərdən qaçaraq xilas olmaq mümkün olsa idi hər şey o qədər gözəl olardı ki… Ancaq reallıq budur ki, belə şey mümkün deyil.
Citomed-də sizi sorğu-suala tutmuruq. Sadəcə anlayırıq.
Həkimlərimiz dinləyir, izah edir, utanmadan sual verə biləcəyiniz bir münasibət qurur. Çünki həqiqətən burada utanmalı bir vəziyyət yoxdur.
Uroloji sağlamlıq həm fiziki rahatlıq, həm də gündəlik həyat keyfiyyəti deməkdir.
Xoşbəxtliyinizi ertələməyin. Bədəniniz danışırsa, biz onu dinləməyə hazırıq. - Genikalogiya
Citomed-də sizi anlayırıq.
Bəzən danışmağa utanırıq. Bəzən axtarışlar edib, videolara baxıb, məqalələr oxuyub özümüz anlamağa çalışırıq nə baş verdiyini.Bəzən də elə bilirik ki, keçəcək…
Sadəcə “hamıda olur” deməklə keçməyən şeylər var.
Bizim üçün qadın sağlamlığı həm bədən, həm də ruhun balansıdır.
Hər müayinədə sizi narahat edən deyil, başa düşülən hiss etməyiniz üçün çalışırıq.
Çünki biz bilirik: qadın sağlamlığı sadəcə bir sahə deyil, bir ömürlük qayğı mövzusudur.Siz dinlənməyə və diqqətə layiqsiniz. Biz buradayıq.




