Saçların tökülməsi və problemli dəri üzrə İV terapiya proqramı

Saç tökülməsi və problemli dəri üçün IV terapiya saç köklərinin qidalanmasını gücləndirmək, dərinin sağlamlığını yaxşılaşdırmaq və hüceyrə yenilənməsini dəstəkləmək məqsədilə tətbiq olunan venadaxili dəstək terapiyasıdır. Aktiv maddələr birbaşa qan dövranına daxil olaraq daha sürətli və effektiv təsir göstərir.

 

Faydaları:

• Saç köklərini gücləndirir, tökülməni azalda bilər

• Saçların daha sağlam və canlı uzanmasını dəstəkləyir

• Dərinin elastikliyini və parlaqlığını artırır

• Akne və problemli dəri hallarının azalmasına kömək edir

• Antioksidant təsir göstərir

 

Kimlər üçün uyğundur:

• Saç tökülməsi problemi yaşayan qadın və kişilər

• Zəif, cansız saçlara sahib olanlar

• Akne və problemli dəri problemi olanlar

• Vitamin və mikroelement çatışmazlığı olan şəxslər

 

 Qeyd: Saç və dəri üçün IV terapiya yalnız həkim müayinəsi və laborator analizlərdən sonra, fərdi ehtiyaclara uyğun şəkildə tətbiq olunmalıdır.