Diabetik İV terapiya proqramı

Şəkər xəstələri üçün IV terapiya diabet zamanı orqanizmdə yaranan vitamin-mineral çatışmazlıqlarını aradan qaldırmaq, sinir və damar sistemini dəstəkləmək və ümumi metabolik tarazlığı yaxşılaşdırmaq məqsədilə tətbiq olunan dəstəkləyici venadaxili terapiyadır. Terapiya yalnız həkim-endokrinoloq nəzarəti altında planlaşdırılır.

 

Faydaları:

• Sinir sistemi zədələnmələrinin (diabetik neyropatiya) azalmasına kömək

• Damar sağlamlığının dəstəklənməsi

• Yorğunluq və halsızlığın azalması

• Oksidativ stressin azalması

• Maddələr mübadiləsinin dəstəklənməsi

 

Kimlər üçün uyğundur:

• Tip 1 və Tip 2 şəkər xəstələri (stabil vəziyyətdə)

• Diabetə bağlı sinir, damar və enerji zəifliyi olanlar

• Uzunmüddətli dərman müalicəsi alan şəxslər

• Ümumi sağlamlığını dəstəkləmək istəyən diabet xəstələri

 

Qeyd:Şəkər xəstələri üçün IV terapiya insulin və ya əsas diabet müalicəsini əvəz etmir. Qan şəkəri səviyyəsinə nəzarət edilməklə, yalnız laborator analizlər əsasında və həkim göstərişi ilə tətbiq olunmalıdır.