Mineral İV terapiya proqramı

Mineral IV terapiyası orqanizmdə mineral balansının bərpası, hüceyrə funksiyalarının dəstəklənməsi və ümumi sağlamlığın yaxşılaşdırılması məqsədilə tətbiq olunan venadaxili müalicə üsuludur. Damar daxilinə birbaşa verildiyi üçün minerallar sürətli və yüksək effektlə mənimsənilir.

 

Faydaları:

• Əzələ spazm və qıcolmaları azalda bilər

• Sinir sistemi funksiyalarını dəstəkləyir

• Ürək-damar sağlamlığına kömək edir

• Yorğunluq və halsızlığı azaldır

• Elektrolit balansını bərpa edir

 

Kimlər üçün uyğundur:

• Mineral çatışmazlığı olanlar

• Aktiv idmanla məşğul olanlar

• Xroniki stress və yorğunluq yaşayanlar

• Maye-elektrolit balansı pozulan şəxslər

 

 Qeyd: Mineral IV terapiyası yalnız həkim nəzarəti altında və fərdi ehtiyaca uyğun planlaşdırılmalıdır.